AZ

Azərbaycanda tikinti qumunun istehsalı 46% artıb

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 736,5 min ton tikinti qumu hasil edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.

Belə ki,  əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikinti qumu 231,7 min və ya 45,9% artıb.

2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 504,8 min ton təşkil edib.

01.08.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 8 min ton təşkil edib.

Hazır məhsul ehtiyatı son bir ildə 1,2 min ton və ya 17,6 % artıb.

01.08.2023-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 6,8 min ton təşkil edib.

Seçilən
70
2
fed.az

4Mənbələr