İtaliyada 17 yaşlı yeniyetmə tək yaşamaq istəyib və bu məqsədlə ailəsini vəhşicəsinə qətlə yetirib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Bildirilir ki, faciə yeniyetmənin atasının 51 yaşını qeyd etməsindən dərhal sonra baş verib. O, valideynlərinə, həmçinin yatmış kiçik qardaşına çoxsaylı bıçaq zərbəsi endirib.
Yeniyetmənin sözlərinə görə, o, atasının ad günündən sonra ailəsindən qurtulmaq qərarına gəlib. Bunun üçün gecə saatlarında mətbəx bıçağını götürərək kiçik qardaşının otağına daxil olub və ona 10 zərbə endirib. Ardınca valideynlərinə hücum edib. Nəticədə atasına və anasına çoxlu zərbələr endirib, onları da qətlə yetirib.