AZ

Hindistanda bu şəxslər edam ediləcək

Hindistanda cinsi istismar nəticəsində ölümə səbəb olan insanların edamını nəzərdə tutan qanun layihəsi Qərbi Benqal Dövlət Assambleyası tərəfindən qəbul edilib.

"Cebheinfo.az" “India Today” qəzetinə istinadən xəbər verir ki, cinsi zorakılıq cinayəti ilə bağlı tənzimləmələri ehtiva edən “Aparajita Qadın və Uşaq Qanunu” Qərbi Benqal baş naziri Mamata Banerji tərəfindən parlamentə təqdim olunub.

Cinsi zorakılıq nəticəsində qurbanın ölümünə və ya vegetativ vəziyyətinə səbəb olan cinayətkarlara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsi əyalət parlamentində yekdilliklə qəbul edilib.

Qanun layihəsində cinsi istismar cinayətlərində təqsirli bilinənlər üçün  şərti azad edilmədən ömürlük həbs cəzası da nəzərdə tutulur.

Beləliklə, Qərbi Benqal ölkədə "cinsi zorakılıq, kütləvi cinsi istismar və uşaqlara qarşı cinsi cinayətlər" ilə bağlı qanunlara dəyişiklik edən ilk ştat olub.

Parlamentin qəbul etdiyi qanun layihəsi Qərbi Benqal qubernatoru Ananda Bose və Hindistan Prezidenti Droupadi Murmu tərəfindən təsdiqlənəcəyi təqdirdə qüvvəyə minəcək.

Seçilən
82
cebheinfo.az

1Mənbələr