AZ

Erməni ordusunun ehtiyat hissəsi, “Yerkrapa” terrorçularının başçısı  Zəngəzurda 

Bu ilin fevralında Ermənistanın Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərdən Zəngilan istiqamətində snayper atəşi açıldı və nəticədə əsgərimiz yaralandı. Təbii ki, Azərbaycan ordusuna qarşı terrorçu fəaliyyətinə görə 4 erməni quldurunun öldürülməsi Ermənistanda əsas gündəm mövzusudur.

Sonra məlum oldu ki, öldürülən ermənilər Ermənistanın “Yerkrapa” Könüllülər Birliyini üzvü olub. “Yerkrapa” təşkilatı keçmiş müdafiə naziri Vazgen Sarkisyanın təşəbbüsü ilə 1993-cü ildə yaradılıb. İlk vaxtlarda 6 min erməni döyüşçüdən ibarət idi.

Sonradan Ermənistanda ciddi nüfuz qazanan “Yerkrapa”ya qoşulan könüllülərin sayı 30 minə çatmışdı.
Birinci Qarabağ müharibəsində iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumu olan “Yerkrapa” Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur və dövlətdən qrant alır. Məsələn, bu ilin aprelində Ermənistan hökumətinin iclasında Müdafiə Nazirliyi “Yerkrapa” Könüllülər Birliyinə 234,6 milyon dramın ayrılması barədə qərar qəbul etdi.
Qərar qəbul edilməsinin səbəbi isə 2020-ci ildəki müharibədə çoxlu sayda üzvü (74 nəfər) ölən və yaralanan (114 nəfər) “Yerkrapa” Könüllülər Birliyi mühüm iştirakçı olub. Müharibədən sonrakı dövrdə təşkilatın 4000-dən çox könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirib.

Hazırda 10 min nəfər üzvü olan terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir.
Adalet.az xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən “Yer Mühafizəsi Könüllüləri İttifaqı” (Yerkrapa) terror təşkilatının rəhbəri Sasun Melkonyan, Azərbaycanın Laçın rayonu ilə həmsərhəd olan Zəngəzur bölgəsinə gəlib.

Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatda deyilir ki,Melkonyan erməni mövqelərini yoxlayıb.
Qeyd edək ki, Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyan Yerkrapa Azərbaycan da "terror təşkilatı" kimi də qiymətləndirilir.

 Əntiqə Rəşid
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
adalet.az

1Mənbələr