AZ

"Sevdiyim diktator" dedi... - ABŞ-dən Sisi iddiası

Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ-da da “qanunsuz pul köçürməsi” iddiası ilə gündəmdədir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ demokratları yenidən prezidentliyə namizədliyini irəli sürən Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyası zamanı Misir prezidenti Əbdülfəttah əs-Sisinin administrasiyasından qeyri-qanuni pul aldığını iddia edib. ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokrat liderlər məktublarında Trampdan Misirdən qanunsuz olaraq 10 milyon dollar alıb-almadığını soruşublar.

"The Washington Post" qəzeti keçən ay çıxan nömrəsində bildirilib ki, Ədliyyə Departamenti Trampın Misirdən qeyri-qanuni ianə alması iddiaları ilə bağlı gizli araşdırma aparır. ABŞ kəşfiyyatı isə 10 milyon dolların Misir kəşfiyyat idarəsindən çıxarıldığını müəyyən edib.

“Amerika xalqının keçmiş prezidentin və hazırkı prezidentliyə namizədin zalım xarici diktatordan qeyri-qanuni təşviqat ianələri alıb-almadığını bilmək hüququ var”, - məktubda deyilir.

Trampın kampaniyasından verilən açıqlamada iddiaların əsassız olduğu və istintaqın dayandırıldığı bildirilib.

ABŞ-ın keçmiş prezidenti Trampın 2019-cu ildə Fransada keçirilən G-7 Sammiti zamanı Misir prezidenti Sisini “mənim sevimli diktatorum” adlandırdığı ortaya çıxıb.

Əli Hüseynov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
bakivaxti.az

1Mənbələr