Rusiyanın lideri Vladimir Putin hesab edir ki, Rusiya tədricən hücuma keçməklə və Kiyevin qüvvələrini tükəndirməklə Ukraynanı yavaş-yavaş uda bilər.AzVision.az xəbər verir ki, Amerikanın “Müharibələrin Tədqiqatı İnstitutu”nun analitiklərinin fikrincə, Ukraynanın Kursk bölgəsində keçirdiyi əməliyyatın Rusiya ordusuna əməliyyat səviyyəsində təsir etdiyi görünsə də, bu, Rusiya lideri Vladimir Putinin strateji düşüncəsini dəyişməyib.“Putin hesab edir ki, Rusiya tədrici hücumla Ukraynanı yavaş-yavaş uda və Ukrayna qüvvələrinə qarşı tükəndirici müharibə ilə öz məqsədlərinə çata bilər. Belə qiymətləndirmələr Putini Ukrayna və Qərbin onun tələblərinə təslim olmasından başqa şərtlərlə sülh danışıqlarına dözümsüz edir”, - ISW vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta