Bakı. Trend:
Rumıniya və Azərbaycan dostluq qrupu çərçivəsində gələcəklayihələr barədə danışıqlar aparır.
Trend xəbər verir ki, bu barədə Rumıniyanın Milli liberalpartiyasının senatoru Kristian-Avqustin Nikulesku-Sıqırlaşbildirib.
O, Bakıya səfəri, Azərbaycan Respublikası Milli Məclisinin sədriSahibə Qafarovanın təşəbbüsü ilə həyata keçirilib. Qafarova,seçkilərin müşahidəsi üçün Rumıniyan Senat sədri Nikolaye-İoneluÇuke dəvət göndərib.
Senator vurğulayıb ki, Azərbaycan və Rumıniya parlamentləriarasında enerji, mədəniyyət və ali təhsil sahələrində əməkdaşlıqişləri aparılır.
"Azərbaycan və Rumıniya parlament komissiyaları arasında dostluqqrupu çərçivəsində perspektivli layihələr müzakirə olunur.Türkiyədən sonra Rumıniya Azərbaycanın müstəqilliyini tanıyanikinci ölkə olub. Azərbaycan bizim üçün enerji sahəsində əsastərəfdaşdır. Bu əməkdaşlıq ölkəmiz və bütövlükdə Avropa üçünstrateji əhəmiyyət daşıyır", - o bildirib.
Senator Qazaxıstan, Qırğızıstan və Azərbaycan da daxil olmaqlabölgənin bir sıra ölkələri ilə parlament dostluq qrupuna rəhbərliketdiyini və xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafı üçünböyük potensial gördüyünü qeyd etdi.
"Orta Asiya ilə əlaqələrin inkişafı bizim üçün prioritetdir vəmən bu ölkələrlə dostluğu möhkəmləndirmək və layihələrigenişləndirmək məqsədilə proqramlar üzərində çalışıram", - senatorəlavə edib.
Kristian-Avqustin Azərbaycanı Avropanın vacib tərəfdaşı olaraqqiymətləndirib.
"Rumıniya həmişə Azərbaycanın tərəfdaşı olub və bu əməkdaşlığıbütün səviyyələrdə davam etdirir. Ölkələrimiz arasında qarşılıqlıhörmət, möhkəm tarixi və diplomatik münasibətlər mövcuddur.Azərbaycan Avropanın vacib tərəfdaşıdır, Rumıniya isə bu stratejitərəfdaşlığı gücləndirməkdə fəal rol oynamağa davam edəcək", - oəlavə edib.
Kristian-Avqustin həmçinin bildirib ki, Rumıniya AzərbaycanınAvropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksəkqiymətləndirir, qazın sabit təminatına yönəlmiş addımlarını vədavamlı inkişaf yolundakı irəliləyişlərini qiymətləndirir.