AZ

Nehrəmdə içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün işlər həyata keçirilib

Muxtar respublikada vətəndaşların su təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, yeni içməli və suvarma su xətləri çəkilir, mövcud xətlərin ehtiyac olan hissələrində cari təmir-bərpa işləri həyata keçirilir.  

“Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün genişmiqyaslı işlər həyata keçirilib. 2023-2024-cü illərdə Nehrəm qəsəbəsində içməli su şəbəkəsində 7766 metr uzunluğunda müxtəlif diametrli polietilen boru xətti çəkilərək 664 ev su şəbəkəsinə qoşulub, 2028 evə su sayğacı quraşdırılıb. Kanalizasiya şəbəkəsində diametri 100 və 150 millimetr olan 23 min 188 metr uzunluğunda kanalizasiya borusu çəkilib və 2425 ev kanalizasiya şəbəkəsinə qoşulub. Ümumilikdə, 2011-ci ildən icrasına başlanan layihədə 3 minə qədər ev su və kanalizasiya şəbəkəsinə birləşdirilib, 2320 abonentlə müqavilə bağlanılıb.

Hazırda 92 evin yarım qalan tamamlanma işləri görülür. Layihənin icrasında əsas məqsəd vətəndaşları davamlı və dayanıqlı içməli su ilə təmin etmək, tullantı sularının küçələrə axıdılmasının qarşısını almaq, sudan səmərəli və qənaətli istifadəyə şərait yaratmaq, bir sözlə, sakinlərin rifah halını yaxşılaşdırmaqdan ibarətdir. 

nehrəm su kanalizasiya naxçıvan
Seçilən
87
4
marja.az

5Mənbələr