AZ

ABC korporasiyasının jurnalistləri Kursk vilayətinə qanunsuz səfər ediblər

Avstraliyanın ABC yayım korporasiyasının jurnalistləri Kursk vilayətinin ərazisinə qanunsuz səfər ediblər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, səfərlə bağlı material yayımçının saytında dərc olunub.

Jurnalistlər Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin müşayiəti ilə Sudja şəhərində və yaxınlıqdakı kəndlərdə olublar. Onlar qeyd ediblər ki, sərhədi keçərək döyüş bölgəsində olmaq riski ilə üzləşiblər. Eyni zamanda, bildiriblər ki, bir daha heç vaxt Rusiyaya qayıda bilməyəcəklər.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova media işçilərinin müvafiq sənədlər olmadan dövlət ərazisində qanunsuz qalmalarına görə məsuliyyət daşıdıqlarını xatırladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
ikisahil.az

2Mənbələr