AZ

Avtomobil satışında yeni fırıldaq: qonşuda var, bizə də gələ bilər 

İnternetin inkişafı bir çox işi asanlaşdırsa da, pis niyyətli insanların işinə yarayıb. Avtomobil alqı-satqısı da istisna deyil.

Avtosfer.az xəbər verir ki, Rusiyada son aylarda belə bir maraqlı fırıldaq ortaya çıxıb. Fırıldaqçı elan saytındakı avtomobilin şəklini götürərək təkrar elan verir və bura öz kontaktlarınıl daxil edir. Bəzən də ümumiyyətlə küçədə dayanmış hansısa avtomobilin şəkli çəkilərək elan saytına yerləşdirilir. Bu zaman qiymət çox aşağı təklif edilir. Əksər hallarda ilk müştəri tora salınır. “Satıcı” maşını pul lazım olduğu üçün “əlimyandıda” stadığını iddia edərək (çox vaxt polisə 3 gün ərzində pul çatdırmasa həbs olunacağını deyir) avam müştəridən beh tələb edir. Behi bank kartına köçürüldükdən sonra müştəriyə “sabah filan saatda maşını bu ünvandan götür” deyərək sağollaşır.  
Ertəsi gün isə müştəri beh verdiyi adama zəng etdikdə, nömrəyə zəng çatmır, işə polis qarışır. Polis məlumat bazasındakı göstəricilərə əsasən avtomobilin real sahibini tapır və məlum olur ki, onun heç nədən xəbəri yoxdur. Bu situasiyada maşının real sahibinə qarşı hansısa icraata da başlamaq mümkün deyil. 
Ekspertlər bu cür tora düşməmək üçün bir neçə variant təklif edirlər:
Heç bir halda beh verməmək,
Avtomobilin birinci sənədlərini, sonra isə texniki vəziyyətini yoxlamaq,
Pulu bank vasitəsi ilə ödəmək, sənədləşməni polisdə aparmaq,
Şifahi razılaşma ilə hər hansı alqı-satqıdan imtina etmək. 

Oxşar tövsiyələri azərbaycanlı ekspertlər də səsləndiriblər. Rusiyada olan fırıldağın yaxın vaxtlarda bizə də kütləvi təkrarlanması mümkündür. Axı dünya gör-götür dünyasıdır. 

Azərbaycanda, alıcılar beh verməkdən imtina etsələr, və ya bunu notarius və bank yolu ilə etsələr fırıldaqçılıq da minimuma enər. Bir məsələni unutmayaq ki, satıcıların “əldən çıxarılacaq maşın deyil”, “çörəkli maşındır” ifadəsi hər növ səmimiyyətdən uzaqdır. Avtomobil almaq istəyənlərin “mən maşınsız dayana bilmirəm” ifadəsi də reallıqla uzlaşmayan təkəbbürdür. İndi sovet vaxtı deyil, ölkəyə hər gün onlarla maşın idxal edilir. Kimsə bu gün ürəyinə yatan avtomobil tapmayıbsa, heç vaxt tapmayacağı anlamına gəlmir. Məşhur məsəldə deyildiyi kimi “tələsən tərsə düşər”.

Vüqar 

Seçilən
101
avtosfer.az

1Mənbələr