Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib.
Adalet.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Misir prezidentini Esenboğa hava limanında qarşılayıb.
Daha sonra Ərdoğan və Misir prezidenti Sisi Prezident Külliyesinə yola düşüblər.
Sisi açıqlamasında səfərinin iki ölkə arasında əməkdaşlığa başlamaq iradəsini əks etdirdiyini ifadə edib.
Tərəflərin, həmçinin, enerji, səhiyyə, turizm, müdafiə sahələrində uzunmüddətli əməkdaşlıq məsələlərini və Qəzzadakı son vəziyyəti müzakirə edəcəkləri bildirilib.