Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın paytaxtı Kiyevin 350 kilometrliyində yerləşən Poltava şəhərinə hücum etdiyini açıqlayıb.
News24.az xəbər verir ki, şəhərin iki raketlə hücuma məruz qaldığını bildirən Zelenski hücumda ən azı 51 nəfərin öldüyünü, 271 nəfərin yaralandığını açıqlayıb.
Ukrayna lideri hücum zamanı hərbi təlim obyektinin və yaxınlıqdakı xəstəxananın vurulduğunu, Poltavada ordunun Rabitə İnstitutunun binasına da ziyan dəydiyini bildirib.
Qeyd edək ki, Poltava Kiyevlə Ukraynanın ikinci böyük şəhəri olan Xarkov arasında və Rusiya sərhədində yerləşdiyi üçün vacibdir.
Poltava qubernatoru bu gündən etibarən 3 günlük matəm elan edildiyini açıqlayıb.
Məryəm İlhamqızı