Bakı, 4 sentyabr, AZƏRTAC
Parlament seçkilərinin nəticələrindən razıyıq. Hər hansı xırda pozuntuya görə seçkilərin nəticələrinə kölgə salmaq düzgün deyil. Bütün müşahidəçilər, media nümayəndələri seçkiləri yaxından izləyirdilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 4-də keçirilən iclasında səsləndirib.
O qeyd edib ki, pozuntular aşkar olunduğu təqdirdə dairə seçki məntəqələrinin nəticələrinin ləğvi şübhəsizdir.
M.Pənahov bildirib ki, DSK-nın qərarından 3 gün sonra Mərkəzi Seçki Komissiyasına müraciət oluna bilər.
“MSK-ya daxil olan müraciətləri araşdıracağıq”, - deyən M.Pənahov bildirib ki, MSK üzərinə düşən işi lazımi səviyyədə görür.