Hurriyyet.az xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro bu ildən ölkədə katoliklərin Milad bayramının keçirilməsinin 1 oktyabr tarixindən başlanacağını deyib. Bu barədə Britaniyanın "Qardian" (The Guardian) nəşri məlumat verib.
Maduro yerli telekanalların birindəki çıxışında deyib: "İndi sentyabrdır və artıq Miladın yaxınlaşdığı hiss olunur. Ona görə də bu il — hörmət və şükran əlaməti olaraq — Milad bayramının 1 oktyabr arixinə keçirilməsi barəsində qərar verməyə hazırlaşıram".
Katoliklərin ənənəvi Milad bayramı dekabrın 25-də keçirilir.
Hürr Tərcüman