2020-ci ildən etibarən Bitkoin istehlakçıların itirdikləri məbləğ on dəfə artaraq 2023-cü ildə 110 milyon dollardan çox olub.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu, ABŞ Federal Ticarət Komissiyasının (FTC) yeni hesabatında yer alıb.
FTC bildirib ki, bu ilin ilk altı ayında Bitkoin bankomatlarında fırıldaqçılıq itkiləri 65 milyon dolları keçib:
"Ənənəvi bankomata bənzəyən bitkoin bankomatları marketlərdə, benzin stansiyalarında və digər yüksək trafikli yerlərdə yerləşib.Bu bankomatlar vəsaiti nəğd pul deyil, kriptovalyuta qarşılığında qəbul edirlər. Əmanətlərini qorumaq üçün istehlakçıları nağd pul qoymağa çağıran fırıldaqçılar tərəfindən sui-istifadə hallarının artması müşahidə olunur. Bu ilin 6 ayı ərzində 60 yaşdan yuxarı istehlakçıların Bitkoin ATM-də pul itirməsi təxminən üç dəfə artıb".
Hesabatda qeyd olunub ki, fırıldaqçıların söylədiyi yalanlar müxtəlifdir. Lakin onların yalanları istehlakçıların bank hesablarından nəğd pul çıxararaq Bitkoin bankomatına yerləşdirmələri üçün ciddi əsas yaradır. Nəticədə istehlakçılar fırıldaqçılar tərəfindən təqdim olunan QR kodunu skan etdikdə onların nəğd pulu birbaşa fırıldaqçıların kripto hesabına yatırılır.
FTC istehlakçılara heç vaxt linklərə klikləməməyi və ya gözlənilməz zənglərə, mesajlara və ya kompüter "pop-up"larına birbaşa cavab verməməyi tövsiyə edib:
"Əgər bunun qanuni ola biləcəyini düşünürsünüzsə, şirkət və ya agentliklə əlaqə saxlayın. Zəng edənin və ya mesajın sizə verdiyi telefon nömrəsindən istifadə etməyin".
Gülşən Şərif