Kvant interneti, dolaşıq foton cütlərindən istifadə edərək məlumat ötürə bilər. Bu fotonlar, kvant mexanikasının qəribə qanunlarına uyğun olaraq zaman və məkandan asılı olmayaraq məlumat paylaşa bilir. Dolaşıq fotonlarda kodlanmış məlumatlar, yüksək sürətlə ötürülə bildiyi halda, “kvant koherensiyası” adlanan vəziyyət sayəsində məlumatlar tutulmaz hala gəlir. Bununla belə, kvant internetinin qurulmasında ən böyük problemlərdən biri məsafə artdıqca bu fotonların gücünün zəifləməsidir. Buna görə də uğurlu kvant interneti üçün fotonlar dolanışığı itirmədən uzun məsafələrə daşına bilməlidir. Bu problemi həll etmək üçün Avropa, Asiya və Cənubi Amerika alimləri, mövcud texnologiyalardan istifadə edərək son dərəcə yüksək parlaqlığa nail olan yeni kvant siqnal mənbəyi hazırlayıblar. Bu nailiyyət, foton nöqtəsi emitentini (tək fotonlar istehsal edən cihaz) kvant rezonatoru (kvant imzasını gücləndirən cihaz) ilə birləşdirməklə əldə edilmişdir. Bu texnologiyaları birləşdirərək, tədqiqat qrupu, maksimum qütbləşmiş dolaşıqlığa uyğunlaşdırılmış fotonlar istehsal edən yeni, güclü kvant siqnalı yarada bilib. Digər tərəfdən, bu araşdırmanın xüsusi əhəmiyyəti var. Çünki bu texnologiyalar, əvvəllər laboratoriyalarda müstəqil şəkildə sınaqdan keçirilsə də, ilk dəfədir birlikdə istifadə olunur. Tədqiqatçılar, foton nöqtəsi emitentini piezoelektrik aktuatorda (istilik və ya təzyiq tətbiq edildikdə elektrik enerjisi istehsal edən cihaz) yerləşən dairəvi Bragg rezonatoru (elektromaqnit dalğalarını istiqamətləndirmək üçün istifadə olunan reflektor) ilə birləşdirdilər. Bu birləşmə, eyni zamanda yüksək parlaqlıq və dolaşıqlıq xüsusiyyətlərinə malik fotonlar istehsal etməyə imkan verib. Bu, kvant rabitəsində böyük bir irəliləyiş olsa da, kvant internetinin tezliklə reallaşacağı gözlənilmir. Çünki bu texnologiyalar, hələ eksperimental və inkişaf mərhələsindədir. Tədqiqatda istifadə olunan foton emitentini istehsal etmək üçün zəhərli xammallara, xüsusilə arsenik kimi maddələrə ehtiyac var. Bu, miqyaslılıqla bağlı təhlükəsizlik narahatlıqlarını artırır. Növbəti mərhələdə tədqiqatçılar, diodabənzər strukturu piezoelektrik aktuatora inteqrasiya etməyi planlaşdırırlar. Bu, kvant nöqtələrində elektrik sahəsi yarada bilər, dolaşıqlıq dərəcəsini artırır və dekoherens problemini aradan qaldırır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta