AZ

Google, Amazon və digər böyük şirkətlər istifadəçilərinin danışıqlarını dinləyirlər

     Cox Media Group adlı media holdinqi texnoloji şirkətlərə hədəflənmiş reklamların formalaşdırılması üçün yeni alətin istifadəsini təklif edib. Təklif edilmiş alət ev cihazları tərəfindən əldə edilən audio yazılarını analiz edir. Bu tətbiq barəsində məlumat hələ keçən il ortaya çıxmışdı. 404 Media adlı resurs isə öz növbəsində Cox Media Group holdinqinin texnoloji şirkətlər üçün nəzərdə tutulmuş bu alətinin təqdimatını aşkar edərək təsdiqləyib ki, böyük texnoloji şirkətlər reklam məqsədləri üçün öz istifadəçilərinin danışıqlarını dinləyirlər.   Barəsində danışılan alət Active Listening adlanır. O, real zaman ərzində istifadəçiləri dinləyərək onların məqsədləri barəsində məlumatları təyin etməyi bacaran smart cihazlardan əldə edilən məlumatlar əsasında çalışır. Bu cür məlumatları yığaraq reklamçılar audio məlumatları istifadəçilərin davranışları ilə birləşdirmək imkanını əldə edirlər. Məqsəd isə hər bir istifadəçiyə hədəflənmiş reklamın sərgilənməsidir. İstifadəçilərin internetdəki davranışları barəsində məlumatların əldə edilməsində isə süni zəkadan istifadə edilir.    Süni zəka öz növbəsində istifadəçilərin 470 mənbədən audio və davranış məlumatlarını yığaraq analiz edir. Audio və davranış məlumatlarının yığılmasına istiqamətlənmiş bu cür alətlər ABŞ-dakı reklamçılara təklif edilir. ABŞ-ın bir çox ştatında isə telefon danışıqlarının dinlənilməsi mövzusunda müəyyən qanunlar var. Belə ki, istifadəçilərin telefon danışıqlarının onların xəbərləri olmadan dinlənilməsi qadağandır. Məlumata əsasən Cox Media Group holdinqi bu mövzuda Meta, Google və Amazon kimi nəhəng şirkətlərlə əməkdaşlıq edir. Lakin adları sadalanmış bu şirkətlər Cox Media Group ilə əməkdaşlıqlarını təkzib ediblər. 

Seçilən
151
technote.az

1Mənbələr