AZ

Qəzzada peyvəndlənmənin birinci mərhələsi başa çatdı

Ümumdünya Səhiyyə Təşkilatının başlatdığı poliomielit peyvəndi kampaniyasının birinci mərhələsi tamamlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

Məlumata görə, bu mərhələdə 187 min uşaq peyvənd edilib. Peyvənd kampaniyası zamanı Qəzza şəhərində saat 06.00-15.00 arasında atəşkəs razılaşması əldə edilib.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, peyvənd kampaniyasında 156 min uşaq hədəfini keçiblər. Buna baxmayaraq tibb işçiləri peyvənd kampaniyasını 4 sabit bölgədə daha 3 gün davam etdirəcəklər. Qəzzanın mərkəzində bütün uşaqlara peyvənd ediləcək.

Peyvənd kampaniyası növbəti mərhələsi Qəzzanın cənubunda baş tutacaq.

Türkan İSGƏNDƏRLİ

Seçilən
148
redaktor.az

1Mənbələr