Harri Keyn çoxdan gözlənilən mükafatını alıb.
“Bavariya”nın hücumçusuna “Qızıl buts” təqdim olunub.
Ötən mövsüm Avropanın aparıcı milli çempionatlarında ən çox qol vuran futbolçu olan Keyn Almaniya klubuna ötən yay “Tottenhem”dən keçib. O,bundesliqada meydana çıxdığı 32 oyunda 36 qol vurub. Qeyd edək ki, Almaniya çempionatının əmsalı 2-yə bərabər olduğundan bundesliqada oyunçuların qol sayı bu rəqəmə vurulur. 31 yaşlı ingilis futbolçu “Bavariya”nın formasında 2023/24 mövsümündə bütün turnirlərdə ümumilikdə 45 oyuna çıxıb, 44 qol vurub və 12 məhsuldar ötürmə verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta