Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin İqtisadi Forum çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşdə bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsini istisna edib.
“İki sahil” xəbər verir ki, bu haqda RT məlmat yayıb.
“Bildiyiniz kimi, Serbiya təkcə Rusiyanın strateji tərəfdaşı deyil. Serbiya və Rusiya müttəfiqdirlər. Ona görə də Qərbdən bizə təzyiqlər çox böyükdür. Lakin Aleksandr Vuçiçin başçılıq etdiyi Serbiya, heç vaxt NATO-ya üzv olmayacaq, Rusiya Federasiyasına qarşı heç vaxt sanksiya tətbiq etməyən Serbiya heç vaxt öz ərazisindən anti-Rusiya əməliyyatlarının aparılmasına imkan verməyəcək”- deyə, Vulin bildirib.
Vulin həmçinin qeyd edib ki, Belqrad heç vaxt anti-Rusiya isteriyasının bir hissəsinə çevrilməyəcək və Rusiyanı təcrid etmək cəhdlərində iştirak etməyəcək.
Bundan əvvəl Putin Vulinlə Serbiyaya qaz tədarükü ilə bağlı razılaşmaları müzakirə etmək niyyətində olduğunu bildirmişdi.