Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın keçirdiyi sorğuda qeyd olunub.
Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə, bu artım əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına olub.
Bəs kredit kartları üzrə standartlarda sərtləşmələrə səbəb nə ilə bağlıdır?