AZ

Samsung Galaxy Tab S10 Ultra planşetinin keyfiyyətli render fotosu təqdim edilib

     Evan Blass adlı məşhur insayder Samsung tərəfindən yaxın zamanda təqdim olunacağı gözlənilən Galaxy Tab S10 Ultra planşetinin keyfiyyətli render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoya əsasən yeni planşet xarici görünüşcə Galaxy Tab S9 Ultra-dan heç də fərqlənməyəcək. Galaxy Tab S10 Ultra həmin nazik gövdəni, böyük ölçülü ekranı və stilus dəstəyini əldə edəcək. Bundan əlavə olaraq fotodan da görmək olar ki, planşet iki ədəd USB-C girişinə sahib olacaq. Planşet özündə ikili arxa kameranı birləşdirəcək. Son məlumat sızıntılarına əsasən Galaxy Tab S10 Ultra planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq.

Seçilən
73
technote.az

1Mənbələr