AZ

 “İnsan alveri əleyhinə maarifləndirmə” adlı layihənin icrası tamamlanıb

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “İnsan alveri əleyhinə maarifləndirmə” adlı növbəti layihəni həyata keçirib.

QHT.az xəbər verir ki, təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, layihənin əsas ideyası insan alverinin qurbanına çevrilməmək üçün vətəndaşlarımıza maarifləndirici tövsiyələr verməkdir. Belə ki, layihə çərçivəsində insan alveri əlehinə maarifləndirmə haqqında iki ədəd sosial çarx hazırlanıb.  Sosial çarxlar orqan alveri və uşaqların dilənçiliyə cəlb edilməsi istiqamətində insan alverinin qurbanına çevrilməmək haqqında marifləndirici istiqamətlərdə çəkilib.

Hazırlanmış sosial çarx vasitəsi ilə insan alverinin qurbanına çevrilməmək üçün vətəndaşlarımıza maarifləndirici tövsiyələr verilir ki, bu da vətəndaşların maariflənməsinə  və insan alverinin qurbanı olmamaq üçün daha hazırlıqlı və diqqətli olmaları ilə nətilənəcək. Hazırlanmış video çarxlar internet resurslarında geniş yayılaraq təbliğ olunacaqdır.

 

Seçilən
131
1
qht.az

2Mənbələr