Rusiyanın ABŞ-yə ixracı iyul ayında 186,7 milyon dollardan 295,3 milyon dollara yüksəlib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosunun xarici ticarət dövriyyəsi haqqında aylıq hesabatında deyilir.
Hesabat dövründə Rusiyanın ABŞ-dən idxalı isə 45,3 milyon dollar olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 717,7 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,3% çoxdur.
Gözəl Həşimova