AZ

HƏMAS: Bu, israilli girovların ölümünə səbəb olacaq

İsrailli girovların geri qaytarılması əvəzinə Qəzzada işğalçıların əməliyyatının davam etdirilməsi onların ölümünə səbəb olacaq. 

Ölkə.Az xəbər verir ki, bunu HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Usamə Həmdan bəyan edib.

"İsrailli girovlar ya İsrail ordusunun bombardmanları nəticəsində, ya da İsrail qüvvələrinin atəşi nəticəsində və ya müqavimət qüvvələri ilə toqquşmalar zamanı həlak olublar", - Həmdan Əl-Cəzirə telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Benyamin Netanyahunun bazar ertəsi axşam mətbuat konfransında verdiyi açıqlamalar yalnız İsrail rejiminin məhbuslarının ölümünə görə məsuliyyətdən yayınmaq üçün çıxılmaz cəhd olub.

HƏMAS təmsilçisi bildirib ki, israilli məhbusların geri qaytarılması yalnız Qəzzada müharibə başa çatdıqdan və İsrail qoşunları tamamilə çıxarıldıqdan sonra baş verəcək.

Filadelfiya dəhlizi ilə bağlı mövqeyini açıqlayan Həmdan bildirib ki, onların mövqeyi aydındır və İsrailin orada heç bir formatda olması ilə razılaşmayacaqlar.

Mürtəza
Ölkə.Az

Seçilən
140
36
olke.az

10Mənbələr