AZ

REAL Partiyasının rəhbəri seçkilərin nəticələrinə etiraz edir

Respublikaçı Alternativ (REAL) Partiyasının deputatlığa namizədləri növbədənkənar parlament seçkilərində səsvermə zamanı qanun pozuntuları ilə bağlı dairə seçki komissiyalarına şikayətlər təqdim edirlər.

REAL Partiyasının Siyasi Komitəsinin sədri İlqar Məmmədov bildirib ki, dairə seçki komissiyasına şikayət ərizəsini təqdim edib və digər namizədlər də şikayət ərizələrini təqdim etməkdədir.

Xatıraladaq ki, seçkilərdə REAL Partiyasının 12 namizədi mübarizə aparıb.   

Məmmədov bildirib ki, sentyabrın 4-də 55 səhifəlik şikayət ərizəsi ilə deputatlığa namizəd olduğu 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinə müraciət edib. 

“Şikayət ərizəsinə müşahidə aktları, 19 video fayl və digər səndələr daxildir. Mən seçki dairəsinin 27 məntəqəsində səsvermənin nəticələrinin ləğvini xahiş etmişəm”, - o deyib.

Mərkəzi Seçki Komissiyasının səsvemənin ilkin nəticələrinə əsasən dərc etdiyi məlumata görə, 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində Milli Məclisin bundan öncəki deputatı Asim Mollazadə (8180 səslə) liderdir. İlqar Məmmədov 933 səs toplayıb.

Qeyd edək ki, seçki məntəqələrinin 2/5-dən çoxunda pozuntular aşkar edilərsə və nəticələr ləğv olunarsa, bütün dairə üzrə nəticə ləğv edilir.

Seçilən
84
turan.az

1Mənbələr