AZ

Hakim qarşısında “kasıbladılar”

Bu gün həm Engin-Dilan Polat cütlüyünün, həm də Nihal-Bahar Candan bacılarının məhkəməsi baş tutub.

OLAY yazır ki,  çirkli pulların yuyulmasında ittiham olunan E. Polat bunların şər-böhtan olduğunu bildirib.

“Orta məktəbi bitirmişəm, həbsdə olduğum üçün işsizəm, heç bir gəlirim yoxdur”, - deyə, Engin vurğulayıb. Dilan da eynilə həyat yoldaşı kimi işsiz olduğunu qeyd edib.

Bahar Candan isə sosial şəbəkələrdən qazandığı pulun aylıq 60-100 min lirə (3-5 min manat) olduğunu söyləyib. 

Nihal isə ixtisasca hüquqşünas olduğunu və ailəli olduğunu, bu səbəblə işləmədiyini, aylıq gəlirinin olmadığını deyib.

Seçilən
96
olay.az

1Mənbələr