AZ

Bu yay dünyada nə qədər smartfon satılıb?

"Counterpoint Research" analitikləri 2024-cü ilin ikinci rübündə ən çox satılan büdcə smartfonları haqqında hesabat dərc ediblər.

Valyuta.az-ın məlumatına görə, mütəxəssislər qeyd edirlər ki, bazar əsasən qiyməti 150 dollardan aşağı olan modellər hesabına böyüyür. Büdcəli smartfonlar qlobal satışın 37%-ni təşkil edir, çünki belə qurğular getdikcə flaqman xüsusiyyətlərini təqdim etməyə başlayıb.

Ümumilikdə, 2024-cü ilin ikinci rübündə 100 milyondan çox smartfon satılıb ki, bu da illik müqayisədə 10% çoxdur. Ən populyar büdcə modellərinin satışları 2023-cü ilin birinci yarısı ilə müqayisədə 21% artıb.

Ucuz "Android" cihazları arasında lider 4,1% bazar payı ilə "Redmi 13C 4G" olub. İkinci yerdə 4% payla "Samsung Galaxy A05", üçüncü yerdə isə 3,3% ilə "Galaxy A15 4G" qərarlaşıb. Dördüncü yeri 2,4% payla "Redmi 13C"nin 5G versiyası, beşinci yeri isə eyni göstərici ilə "Redmi A3" tutur.

Siyahıya həmçinin "Samsung Galaxy A05s" (2,3%), "Tecno Spark Go 2024 4G" (1,7%), "Oppo A18" (1,5%), "Oppo A58 4G" (1,4%) və "Oppo A38" (1,4%) daxildir.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
valyuta.az

1Mənbələr