Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək BRİKS (BRİCS) sammitində iştirak edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “Habertürk ” telekanalı Türkiyə liderinin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
"Bloomberg" daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Türkiyə hakimiyyəti bir neçə ay əvvəl BRİKS-ə üzv olmaq üçün ərizə təqdim edib. Agentliyin məlumatına görə, assosiasiyanın genişləndirilməsi məsələsinə BRİKS-in oktyabrın 22-24-də Kazanda Türkiyə prezidentinin dəvət olunduğu sammitində baxıla bilər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sentyabrın 4-də jurnalistlərə bildirib ki, Türkiyə BRİKS-ə qoşulmaq üçün müraciət edib və ona baxılacaq.
Turan İSMAYIL