AZ

Emin Mahmudov: "Onun fəlsəfəsini yavaş-yavaş öyrənirik" - MÜSAHİBƏ

“Sabah yaxşı komanda ilə üz-üzə gələcəyik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

O bildirib ki, yaxşı oyun göstərməlidirlər: “Əlimizdən gələni edəcəyik. Uğurlu nəticə qazanmaq istəyirik”.

- Yeni baş məşqçi gəlib. Uyğunlaşa bilirsiz?

- ⁠Vaxtımız çox az idi. Normal bir məşq keçirdik. Biz onun fəlsəfəsini yavaş-yavaş öyrənirik.

- ⁠Klubda da Eminlə bağlı vəziyyət yaxşı deyil. Bəs milliyə bunu necə yansıdırsan?

- ⁠Mən heç vaxt millini kluba qatmamışam. Çalışıram ayrı-ayrı yanaşım. Bura gələndə əsas işim sırf öz millimiz üçün çalışmaqdır.

- ⁠Rəqib barədə nə düşünürsən?
- ⁠Çalışacayıq öz futbolumuzu oynayaq. Bunun üçün hər şey edəcəyik.

- ⁠Bir gün ərzində Santuşun nə istədiyini bildiz?
- ⁠Biz bunu bir günə bilə bilmərik. Topla oynamağa çalışacağıq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
idman.biz

10Mənbələr