Vətəndaş kredit götürmək üçün çox vaxt banklara üz tutur. Rəsmi iş yeri və stabil əməkhaqqısının olmasına baxmayaraq banklardan imtina cavabı gəlir. Bunun səbəbi isə həmin vətəndaşın kredit tarixçəsinin pis olması ilə bağlıdır. Bu zaman həmin şəxslər bankların "qara siyahı"sına düşür. Kreditin ödənilməməsi yaxud gecikdirilməsi vətəndaşın kredit tarixçəsinə mənfi təsir göstərə bilir. Gecikmələrin sayı artdıqca vətəndaşa gələcəkdə ya kredit, ya da lazımi miqdarda pul verilmir.Belə olan təqdirdə bankların "qara siyahı"sına düşən şəxslərə hansı halda kredit verilə bilər? Mövzu ilə bağlı Sonxeber.az-a danışan banki məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, hər bir halda adı "qara siyahı"da olan şəxslərə kredit verilir və qanunvericilikə burada hər hansı bir qadağa yoxdur:"Onlara hər bir halda kredit verilə bilər. Qara siyahıda olmaq o demək deyil ki, həmin şəxslərə kredit vermək qanunla qadağandır. Formal olaraq "qara siyahı" deyə bir şey yoxdur. Burada söhbət şəxsin kredit tarixçəsindən gedir. Yəni şəxs haradansa kredit götürəndə banklar və bank olmayan kredit təşkilatları müştəri haqqında kreditləri barədə məlumatları kredit bürosuna ötürür. Gecikəndə buraya məlumat verilir və onun tarixçəsi formalaşır".Ekspertin sözlərinə görə, vətəndaş başqa bir kredit təşkilatına yaxud banka getdikdə ilk növbədə onun tarixçəsinə baxılır:"Tarixçəsi normal olduğu halda, cüzi gecikmələr olubsa kreditin verilməsində problem yaranmır. Amma bank vətəndaşın kredit tarixçəsi ilə bağlı mənfi halları gördükdə ona istədiyi məbləği verməyə ehtiyat edir. Sadəcə bu bankın özünün siyasətindən asılıdır. Qanunvericiliklə həmin şəxslərə kredit verilir. Sadəcə bu kimi hallar bankın öz səlahiyyətləri daxilindədir. Müştərinin kredit tarixçəsi yaxşı olmadıqda ya ona məlumat verilir, ya da imtina edilir. Digər tərəfdən risklərin fərqindədirsə, bank tərəfindən lazımi miqdarda məbləğ verilməsi də mümkündür".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta