Süfrənin əvəzsiz bitkilərdən biri olan nanə sağlamlıq üçün çox faydalıdır.
Bu ətirli bitki növü müalicəvi bitki kimi də tanınır.
Hit.az xəbər verir ki, nanə stress və baş ağrısına qarşı yaxşı təsir edir. Qrip və bronxit kimi soyuqdəymə və öskürək hallarına qarşı faydalıdır.
Diş ağrısı və pis nəfəsləri aradan qaldırır.
Ana südünü artırır. Əsəb zəifliyinə qarşı yaxşı təsir edir.
Nanədən alınan nanə yağı da müxtəlif məqsədlər üçün istifadə olunur. Nanə yağı dəridə yanan ləkələri aradan qaldırmaqda və soyuqdan yaranan şişkinliyi azaltmaqda təsirlidir. Nanə qaynadılıb, buxarı ilə nəfəs alınarsa, tənəffüs yollarını açır və soyuqdəyməyə qarşı yaxşı təsir göstərir.
Sevinc