AZ

“Sabah” – “Turan Tovuz” matçının biletləri satışdadır

Premyer Liqanın 6-cı turunun “Sabah” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, oyun sentyabırın 15-də, saat 20:30-da “Bank Respublika Arena”da keçiriləcək.

Biletləri həmişəki kimi “iticket.az” saytından (link şərh bölməsində), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

Qeyd:

1. Oyuna gecikən tamaşaçılar (oyunun 1-ci hissəsi bitdikdən sonra) stadiona buraxılmayacaq.

2. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qəti surətdə qadağandır.

3. Stadionu tərk edən tamaşaçılar eyni biletlə stadiona təkrar giriş edə bilməyəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
rekord.az

3Mənbələr