“Football-plus.az” xəbər verir ki, həmkarımız ukraynalı mütəxəssis Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın uğursuzluğundan bəhs edib. O, Bakı təmsilçisinin tezliklə daha bir neçə futbolçuyla güclənəcəyini deyib:
“Qriqorçukun Bakıdakı günləri yaxşı keçmir. Onun komandası premyer-liqanın ilk 5 turunda qələbə qazana bilməyib. 4 heç-heçə, 1 məğlubiyyət azarkeşlərin etirazıyla qarşılanmaqdadı. Uğursuz nəticələr kollektivin güclü futbolçulardan qurulmadığını göstərir. Qriqorçuk bu üzdən azı iki yeni oyunçunun alınmasını tələb edib. Vəziyyət rəhbərliyi baş məşqçinin istəyinə müsbət cavab verməyə məcbur edib. Mütəxəssis ona təqdim olunan siyahıdan yeni seçimlər edəcək”.
Xatırladaq ki, “Neftçi” 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
KƏNAN BAHADIR