Kim Çen In 30 məmuru edam etdirdi
Şimali Koreya lideri Kim Çen In 30 məmuru edam etdirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, lider onları bu yay 4000-ə yaxın insanın ölümünə səbəb olan geniş daşqın və sürüşmələrin qarşısını ala bilməməkdə günahlandırıb.
Məlumata görə, Şimali Koreya rejimi rəsmisi “TV Chosun” telekanalına bildirib ki, 20-30 Şimali Koreya məmuru korrupsiyada və vəzifə borcunu yerinə yetirməməkdə günahlandırılaraq ölüm cəzasına məhkum edilib:
“Müəyyən edilib ki, ötən ay daşqından zərər çəkmiş ərazilərdə 20-30 məmur eyni vaxtda edam olunub”.
Qeyd edək ki, Koreya Mərkəzi Xəbər Agentliyi daha əvvəl bildirib ki, Kim iyul ayında Çaqanq əyalətində 4000-ə yaxın insanın ölümünə və 15000-dən çox insanın didərgin düşməsinə səbəb olan dağıdıcı daşqınlardan sonra məmurların ciddi şəkildə cəzalandırılmasını əmr edib.