AZ

“Araz-Naxçıvan”da aldığından aşağı məbləğə oynayacaq” - Turan “Kəpəz”lə müqavilə bağladı

Ötən həftə Turan Manafovun “Kəpəz”ə keçdiyini xəbər vermişdik.

Sadəcə, futbolçu düşərgəyə qoşulmamışdı. Manafov hər an yeni surprizlərin olacağına ümid edirdi, məhz buna görə də Gəncəyə getməkdə könülsüz idi. Bəs Turan karyerası ilə bağlı hansı qərara gəldi?
Məsələni dəqiqləşdirmək üçün futbolçunun meneceri ilə əlaqə saxladıq. Kamran Şahverdiyev“Football-plus.az”a açıqlamasında bu sözləri dedi:
“Manafov artıq “Kəpəz”in oyunçusudu. Hardasa bir həftədi ordadı. Hətta Adil müəllimin komandadakı son məşqinə qatılmışdı. Birillik müqavilə imzalayıb. Orda “Araz-Naxçıvan”da aldığından daha aşağı məbləğə oynayacaq”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
football-plus.az

1Mənbələr