AZ

Acunla Ayçanın toyundan - Fotolar

Bu gün türkiyəli iş adamı Acun Ilıcalının toyudur.

“Qafqazinfo” yerli mediaya istinadən xəbər verir ki, 55 yaşlı iş adamı özündən 30 yaş kiçik sevgilisi Ayça Çağla Altunkaya ilə nikah masasına əyləşib.

Ilıcalı və xanımı toyun keçirildiyi məkana sürət qayığı ilə gəlib.

Toyda qonaqların məclisdən görüntülər paylaşmaması öncədən xahiş edilib. Eyni zamanda dres-kod olaraq qara rəngli geyimlərdən istifadə etmək şərti qoyulub.

 Məclis İstanbuldakı “Esma Sultan Palace”da keçirilir.

Xatırladaq ki, üç dəfə ailəli olan Acunun evliliklərindən 4 qız övladı var.




Seçilən
119
2
qafqazinfo.az

3Mənbələr