Binanın zirzəmisinə dolan kanalizasiya suları sakinləri təngə gətirib.
Xezerxeber.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu Kövkəb Səfərəliyeva 2 ünvanında yerləşən binanın sakinləri deyirlər ki, 10 ildən artıqdır ki, binanın zirzəmisində yığılıb qalan su onlara ciddi problem yaradır.
Sakinlərin sözlərinə görə, əvvəllər binanın zirzəmisinə yalnız qrunt suları yığılırmış. Lakin indi kanalizasiya suları yığıldığından qoxu və həşəratlar vəziyyəti dözülməz edir.
Məsələ ilə əlaqədar ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin nümayəndəsi bildirdi ki, problemin həlli üçün ilk növbədə su nasosu işə düşməlidir.
O da bildirildi ki, suyun sözügedən nasos qurğusu ilə bir səviyyəyə çatması yaxın 4 günə yekunlaşacaq və problem qısa müddətdə aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.