AZ

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

Azərbaycanda baş tutmuş 7-ci çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbə münasibəti ilə sizləri səmimi-qəlbdən şəxsim və Kipr türk xalqı adından təbrik edirəm.

“Bir millət – üç dövlət” olaraq hər sahədə münasibətlərimizi inkişaf etdirmək məqsədilə həyata keçirdiyimiz fəaliyyətlər mübarizəmizin nə qədər güclü və önəmli olduğunu ortaya qoymaqdadır. Bu istiqamətdə üç dövlət olaraq fəaliyyətimizin davam edəcəyinə inamım tamdır.

Bu münasibətlə seçkilərin nəticəsinin Azərbaycan xalqına və Türk dünyasına xeyirli olmasını diləyir, sizə və dost Azərbaycan xalqına şəxsim və millətim adından sevgilərimi, salamlarımı göndərirəm.

Hörmətlə,

Ünal Üstel

Şimali Kipr Türk Respublikasının Baş naziri, Ulusal Birlik Partiyasının Sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
ikisahil.az

1Mənbələr