Misir prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri başa çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Misir prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Ankaranı tərk edib.
Bir günlük səfərdən sonra Misir prezidenti Sisini daşıyan təyyarə saat 19.19-da Ankaradan yola düşüb.
Prezident Sisi prezident Rəcəb Tayyib Ərdoğan və yüksək səviyyəli rəsmilər tərəfindən yola salınıb.
Əbdülfəttah əs-Sisi Prezident Külliyesində prezident Ərdoğanla görüşüb və görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Anar Əliyev