AZ

"İsrail bir həftədə İordan çayının qərb sahilində 30 fələstinlini öldürüb" -BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin yalnız 1 həftədə işğal altındakı İordan çayının qərb sahilində aralarında uşaqların da olduğu 30 fələstinlini öldürdüyünü və bunun 2023-cü ilin noyabrından bəri bölgədə son 1 həftədə qeydə alınan ən yüksək itki olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında çıxış edərkən deyib. 

İsrailin işğal altındakı İordan çayının qərb sahilində "genişmiqyaslı əməliyyatını" davam etdirdiyini bildirən Dujarrik, İsrail ordusunun "ölümcül müharibə taktikası" tətbiq etdiyini və hava hücumları təşkil etdiyini bildirib.

Dujarrik, 27 avqust - 2 sentyabr tarixləri arasında öldürülən 30 fələstinlidən 7-nin uşaq olduğunu qeyd edib.

Seymur BƏNNAYEV 

Seçilən
71
redaktor.az

1Mənbələr