AZ

ABŞ-da orta məktəbdə atışma: 2 nəfər öldü

ABŞ-da orta məktəbdə atışma: 2 nəfər öldü

ABŞ-ın Corciya ştatında orta məktəbə atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.Yerli medianın məlumatına görə, yerli vaxtla saat 11.30 radələrində Uinder şəhərindəki Apalaçee Liseyində atəş səsləri eşidilib. Hücum nəticəsində iki nəfər həlak olub.Məktəbə gələn polis qrupları ətrafdakı giriş-çıxışları bağlayıb. Yaralanan 4 nəfərin hamısı təcili yardım helikopteri ilə xəstəxanaya aparılıb.Şübhəlinin nəzarətə alındığı bildirilir.İdman meydançasına toplaşan tələbələr nəzarətli şəkildə ailələrinə təhvil verilib.Hələlik rəsmi mənbələrdən açıqlama verilməsə də, polisin hadisə yerində aktiv araşdırmaları davam etdirdiyi qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
20
afn.az

10Mənbələr