AZ

Ukrayna daha 25 vətəndaşını Livandan təxliyə edib

"Bölgədə davam edən gərginlik səbəbindən 25 ukraynalıdan ibarət qrup Livandan təxliyə edilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin teleqram kanalında məlumat verilib.

"Ukrayna 11 uşaq, 14 yetkin və bir Çexiya vətəndaşı da daxil olmaqla 25 ukraynalıdan ibarət daha bir qrupu müvəffəqiyyətlə Livandan təxliyə etdi. Onlar Polşaya sağ-salamat gəliblər, bütün lazımi yardımları alırlar və Ukraynaya gedəcəklər", - deyə məlumatda qeyd edilib. 

Bir ay əvvəl Ukrayna 30 vətəndaşını Livan ərazisindən təxliyə edib. Əvvəllər bir sıra dövlətlərin xarici işlər nazirlikləri öz vətəndaşlarına Livanı təcili tərk etməyi və ya bu ölkəyə səfərdən çəkinməyi tövsiyə edib. 

Seçilən
104
iqtisadiyyat.az

1Mənbələr