AZ

Fransa vətəndaşlarını Azərbaycana getməməyə çağırıb

Yayımlandı: 4 Sentyabr 2024 21:44 Rəsmi Paris hesab edir ki, vətəndaşlar Azərbaycanda həbslə üzləşə bilərlər Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara heç bir səbəb olmadan Azərbaycana səfər etmək tövsiyə edilmir. Bu barədə sentyabrın 4-də Fransa Xarici İşlər Nazirliyinin vətəndaşlara çağırışında deyilir. Bildirilib ki, Fransa vətəndaşları, o cümlədən ikili vətəndaşlığı olanlar, yaşayanlar və ya tranzit gedənlər Azərbaycanda həbs, özbaşına saxlanma və ədalətsiz məhkəmə çəkişməsi riski altındadır: “Bu risklə  əsasən sadə turist səfəri və ya işgüzar səfər edən adamlar da üzləşə bilər. Həbs və ya saxlanma halında əsas hüquqlara hörmət təmin edilmir. Bundan əlavə, Ermənistanla sərhəd rayonlara, eləcə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rayonlarına və keçmiş ətraf rayonlara getmək əvvəlkitək qəti şəkildə tövsiyə edilmir”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransa Xarici İşlər Nazirliyinin Azərbaycana səfərdən çəkinmək çağırışının “əsaslı olmadığını” bildirib: “Fransanın belə əsassız, qərəzli qərarı və bəyanatı bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir. Fransa vətəndaşlarının əsassız saxlanması və həbs edilməsilə bağlı Fransa Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur”. Onun sözlərinə görə, hazırda Azərbaycanda iki nəfər Fransa vətəndaşı həbsdədir: “Onlardan biri, Martin Rayan casusluq ittihamı ilə həbs edilib. Klerk Teqo Hüqo isə Bakı metrosunda əmlaka (vaqonlarda qraffiti) ziyan vurduğuna görə həbs edilib”. Ayxan Hacızadə Fransanı “Azərbaycana qarşı qarayaxma kampaniyasına son qoymağa” çağırıb. Meydan TV

Seçilən
122
2
xural.com

3Mənbələr