Portuqaliyalı yarımmüdafiəçi Migel Veloso 38 yaşında karyerasını bitirib.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Velosonu bundan sonra məşqçilik karyerası gözləyir, o, "Piza"nın sükanı arxasında Filippo İnzaqinin məşqçilər korpusunda yer alacaq.
“Piza” Velosonun ötən mövsümü komandada keçirdiyi son klubdu.
Əvvəllər “Sportinq Lissabon”un yetirməsi karyerası boyu doğma klubunda, həmçinin “Cenoa”, “Dinamo Kiyev” və “Verona”da çıxış edib. Karyerasının əvvəlində Portuqaliya millisində də çıxış edən Veloso komandanın heyətində ümumilikdə 56 oyun keçirib və üç qol vurub.