AZ

... Mafiya liderinin oğlu öldürülüb

İtaliyanın Milan şəhərinin “İnter” futbol komandasının azarkeş qrupundan olan iki nəfər arasında silahlı davada bir nəfər ölüb, digəri yaralanıb.

İtaliyanın ANSA agentliyinin xəbərində bildirilib ki, bu gün səhər saatlarında “İnter” komandasının azarkeş qruplarının (Ultra Interisti) tribuna liderlərindən biri olan 49 yaşlı Andrea Beretta ilə 39 yaşlı Antonio Bellocco arasında mübahisə baş verib. Milanın “Cernusco sul Naviglio” səmtində dava silahlı insidentə çevrilib.

Bildirilib ki, dava zamanı Bellocco Berettaya tapança ilə xəsarət yetirib, Beretta isə cavab olaraq Belokkonun boğazından bıçaqlayıb. Belokkonun aldığı bıçaq yarası səbəbindən hadisə yerində dünyasını dəyişdiyi, Berettanın isə ayağından yaralandığı qeyd edilib.

İtalyan mətbuatında yer alan digər xəbərdə isə sosial media platformalarında ikisinin birlikdə fotolarının olduğu və dost olduqları ortaya çıxıb, ancaq qanla bitən davanın səbəbi hələ məlum deyil.

Hadisədə həyatını itirən Bellocconun cənubundakı Reggio Calabria şəhəri və ətrafında fəaliyyət göstərən beynəlxalq mütəşəkkil cinayət təşkilatı Ndrangheta ilə əlaqəsinin olduğu və yanvar ayında həbsxanada ölən mafiya lideri Qiulio Bellocconun oğlu olduğu bildirilib.

Xəbərlərdə bildirilirdi ki, “Ndrangheta”dan da cinayət keçmişi olan Antonio Bellocco təxminən bir il əvvəl “İnter” azarkeş qrupunun lideri olub və bu bugünkü döyüşə gətirib çıxaran səbəblərdən biri ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
vaxt.az

1Mənbələr