AZ

Ağ Evdən Rusiyaya qarşı sanksiyalarla bağlı AÇIQLAMA

Rusiyaya qarşı yeni sanksiyalar ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı deyil.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyanın RT telekanalının erməniəsilli baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Qara siyahıya RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da daxil edilib.

Turan İSMAYIL

Seçilən
91
redaktor.az

1Mənbələr