Qubada itləri boğuşduraraq onlara işgəncə verilir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Quba rayonu ərazisində heyvanla rəhmsiz rəftar edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər nəzarətə götürülməklə araşdırılıb:
"Polis əməkdaşları tərəfindən əməli törədən şəxslər müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlər görülməklə aidiyyəti üzrə göndərilib".
Həmin görüntüləri təqdim edirik: