AZ

Dövlət Departamenti Çinin Nyu-Yorkdakı baş konsulunun ölkədən çıxarılması ilə bağlı məlumatları təkzib edib

Çinin Nyu Yorkdakı baş konsulu Huanq Pinin ABŞ-dan qovulması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu məlumatları Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller təkzib edib.

Onun TASS-a istinadən verdiyi məlumata görə, Çin Xalq Respublikasının Nyu-Yorkdakı baş konsulu ölkədən çıxarılmayıb – o, işgüzar səfərinin başa çatması ilə əlaqədar gedib.

Avqust ayında baş konsulun planlaşdırılan işgüzar səfəri başa çatdı və beləliklə, o, öz vəzifəsində dəyişdirildi, – Miller qeyd edib.

Bir müddət əvvəl Amerikanın CNN telekanalı keçmiş dövlət rəsmisi Linda Sunun ÇXR-in qeydiyyatdan keçməmiş xarici agenti kimi işlədiyi üzə çıxdıqdan sonra ABŞ-ın Nyu-Yorkdakı Çin baş konsulunu ölkədən çıxardığını bildirib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
dogru.az

1Mənbələr