“Bank BTB” ASC-nin Biznesin inkişafı və marketinq departamentinə direktor təyin edilib.
İqtisadiyyat.az xəbər verir ki, bu vəzifəyə Aynurə Nurəliyeva təyinat alıb.
Qeyd edək ki, A.Nurəliyeva əvvəllər də “Bank BTB”də çalışıb. O, 2015-ci ilin noyabrından 2020-ci ilin fevralına qədər bankın Marketinq və ictimai əlaqələr departamentinin direktoru olub.
Xatırladaq ki, A.Nurəliyeva yeni təyinata qədər TƏBİB-də çalışıb. Daha əvvəllər isə “Akkord”, “Avirtel”, “Bank VTB (Azərbaycan)”, Azərbaycan Dəmir Yolları QSC-də işləyib.
Məlumat üçün bildirək ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 71.45 mln. manat olmaqla səhmlərin 76.74 faizi Nigar Mehdiyeva İsmayıl qızına, 17.68 faizi Rza Sadiq İsmayıl oğluna, 5.58 faizi isə Tükəzban Mahmudova Ağa qızına məxsusdur.